İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadin və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanın hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. O, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail olub xalqın inam və etimadını doğrultdu.
Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biri xalqın öz liderinə güvənməsi, onun siyasətini tam dəstəkləməsidir. Ümumiyyətlə, 2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərir ki,Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və Onun yanındadır. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur.Bu qlobal layihələrin həyata keçirilməsi olduqca çətin prosesdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tiblisi-Qars, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən dünya ermənilər tərəfindən ciddi qıcıqla qarşılandı.
Onu da qeyd etmək vacibdir ki, dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı sərəncamlar Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilk ənənələrinə böyük dəyər verildiyinin bariz nümunəsidir.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tam Qələbə qazanmışdır. Dekabrın 2-də Prezidentin Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi təsis edilmişdir. İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir,onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!
Kamal Təhməzov
Yardımlı təhsil sektorunun müdiri