Azərbaycan adlı Odlar Yurdunun Od ürəkli oğlu, Ali Baş Komandan İlham Əliyev! Doğum gününüz mübarək! Dövlət sizə etibar edilən gündən, müqəddəs kitaba əl basaraq “Mən bütün dünyada yaşayan azərbaycanlıların prezidentiyəm!” - dediniz. “Mən hər kəsin prezidenti olacağam!” sözünə sadiqliyinizi hər yerdə sübut etdiniz.
Ötən 21 ildə həyata keçirdiyiniz uğurlu və dinamik siyasətlə Azərbaycanı işıqlandırdınız. İşığımız bizdən könülcə yaxın, məsafəcə uzaq olan ellərə düşdü. Vətənimizdə baş verən iqtisadi və siyasi islahatlarla sübut etdiniz ki, hər şey xoş məramdan və niyyətdən asılıdır. Niyyətin hara, mənzilin də oradır”-deyib ulularımız.
Bu ötən illər ərzində Azərbaycana xarici ölkələrdən gəlib-gedən doğma və yadların gözlərində sevgi və işığın şahidi olduq. Dəfələrlə Bakının küçələrində gəzərkən paytaxtımızın gözəlliyinə aşiq olan insanların sevincinə şahidlik etdik. Azərbaycandan gedən ürəyində sevinc, könlündə istilik apardı.
Dünyanın ən böyük siyasi tribunalarında Azərbaycan kimliyini, dövlətçiliyimizin əbədiliyini bəyan edərək, siyasi düşmənlərimizi və böyük siyasi xadimləri mat qoydunuz. Xarici müdaxilə və təzyiqlərə rəğmən, Azərbaycanın bir dövlət kimi öz sözü, öz mövqeyi olduğunu isbat etdiniz.
Sizi vətəndaşlarımızın, soydaşlarımızın, xalqın arasında seyr etdik. Siz bir şəhid anasının əlini əyilib öpməyi bacaran oğul kimi - hər bir türk övladının gözündə və qəlbində böyüdünüz. Siz öz əlinizlə ürəyi təşnə şəhid atasına su içirəcək bir dövlət xadimi qədər ucaldınız.
Hər jestinizdə, hər davranışınızda kökdən gələn-Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, Zərifə xanım Əliyevanın mərhəmətini göstərdiniz. Əlbəttə, ot kökü üstə bitər.
Siz öz yolunuza, gücünüzə inandığınız qədər, həm də XALQA inandınız!!! Adil və müdrik dövlət xadimi öz gücünü xalqdan alar. Vətənin hansı guşəsinə gedirsinizsə, qədəmlərinizlə oraya abadlıq aparırsınız. Bu gün Azərbaycanın rayon və kəndlərinin yollarında yürüdükcə, torpağımızın alt və üst sərvətlərinin artıq xalq üçün, Vətənin abadlığı üçün xərcləndiyinin şahidi oluruq.
Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində yeni-yeni nailiyyətlər, uğurlar arzu edirəm.
ƏVƏZ QOCAYEV
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idareə heyətinin sədr müavini,
3-cü dərəcəli "Əmək" ordenli, Qarabağ müharibəsi Veteranı