Sizin reklam burada
Sizin reklam burada

Doğum gününüz mübarək Ali Baş Komandan Cənab İlham Əliyev!

Doğum gününüz mübarək Ali Baş Komandan Cənab İlham Əliyev!

Şübhəsiz ki, 11 aprel 2018-ci il tarixində keçirilmiş seçkilərin nəticələri təkcə siyasi-hüquqi reallıqları ifadə və ehtiva etmir, həm də strateji əhəmiyyətə malikdir. Çünki Azərbaycan xalqının cənab İlham Əliyevə növbəti dəfə inam ifadə etməsindən - etimad göstərməsindən sonra istər daxili, istərsə də xarici siyasətdə çox mühüm addımlar atıldı, qarşıda duran yeni strateji hədəflərin reallaşdırılması istiqamətində növbəti mərhələ başlandı.

Cənab İlham Əliyev andiçmə mərasimində “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyə qətiyyətlə bəyan və ifadə etmişdi. Zaman Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirməsinə şahidlik etdi - cənab İlham Əliyev bir daha sübuta yetirdi ki, Onun sözü imzası qədər dəyərli, dəyərli olduğu qədər də keçərlidir.

Doğum gününüz mübarək Ali Baş Komandan Cənab İlham Əliyev!

Çox vacib məqamlardan biri Böyük yolun - Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident İlham Əliyevin bu tarixi, möhtəşəm, bənzərsiz və şanlı qələbəyə necə nail olması - milli Zəfərin necə qazanılmasıdır. Şübhəsiz ki, torpaqlarımız döyüş meydanında Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olundu. Lakin məsələnin mahiyyəti daha dərin, məzmunu daha genişdir. Daha dəqiq desək, Prezident İlham Əliyevin milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət konsepsiyası Azərbaycanı tarixi Zəfərə aparan amil oldu. Yəni ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi nəticəsidir.

Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət sayəsində Azərbaycanın milli gücünün və iqtisadi potensialının artırılmasına, torpaqların işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu.

Paralel olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında - hərb səhnəsində təmin etməsini şərtləndirdi.

Azərbaycan öz hədəfinə - ərazi bütövlüyünün bərpasına doğru hücum xarakterli, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə irəlilədi. Müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdırılması, sürətli yüksəlişin təmin edilməsi Azərbaycanın haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Qərəzli dairələrin məkrli planlarının iflasa uğradılması, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qərar və qətnamələrin qəbuluna nail olunması münaqişənin həlli istiqamətində ölkəmizin mövqeyinin möhkəmlənməsinə şərait yaratdı. Hücum diplomatiyasının tərkib hissəsi kimi uğurlu informasiya strategiyasının tətbiq olunması, mərkəzlərin Azərbaycana qarşı qara piar kampaniyasının fiaskoya uğradılması da mövqeyimizi möhkəmləndirən və təsir imkanlarımızı artıran çox önəmli amillərdən biri oldu.

Bütün bunlar Azərbaycana ərazi bütövlüyünün bərpası üçün çox mühüm üstünlüklər qazandırdı və son sözü döyüş meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu dedi .

Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!


Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ