Sizin reklam burada
Sizin reklam burada

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur

Bu gün ölkəmiz yalnız regionun deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə Ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.

Azərbaycan Ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan Ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi.

Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur

21 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, 24 dekabr Ali Baş Komandanımız İlham Əliyevin ad günüdür. Bu münasibətlə ən xoş arzularımı və təbriklərimi ünvanlayıram. Azərbaycan xalqının bütün istək və arzularını reallaşdıran, qürur və iftixar mənbəyimiz, Müzəffər Ali Baş Komandanımız Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Uca Yaradan Sizi qorusun!


Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ