Sizin reklam burada
Sizin reklam burada

Xeyrulla AĞAYEV-65 - FOTO

Xeyrulla AĞAYEV-65 - FOTO


Xeyrulla AĞAYEV-65
KAMİL, MƏTİN İNSAN

(15 gündən sonra bu işıqlı insanın 65 yaşı tamam olur. Bu yazı da dostlara, Xeyrullasevərlərə bir xatırlatmadır!)

Mən bu yazıda bir insan haqqında yazmaq istəyirəm. Anons xarakterli bu yazı saf qəlbli, pak niyyətli, dürüst əməlli, cəsarətli ziyalı və bir çox qələm sahibinin yaxın dostu, sirdaşı, məsləkdaşı Xeyrulla Ağayev haqqındadır. Özünün dediyinə görə, 65 il əvvəl dünyanın mərkəzi hesab etdiyi Hacıhətəmli kəndində dünyaya göz açıb. Bu kənd nəinki İsmayıllı rayonunun, Azərbaycanın hərtərəfli inkişafında böyük rol oynayıb. Azərbaycanın ədəbi mühitinə, söz xəzinəsinə çoxlu tanınmış sima bəxş edib. Onlardan biri də haqqında bir neçə kəlmə yazmaq istədiyim Xeyrulla Ağayevdir.
Yaşamaq istəsən ömrü firavan,
Öz işinə cavabdeh ol, ey insan.
Ömürdən illərim ötdükcə gördüm,
Qızıl qimətliymiş keçən hər bir an.

Doğrudan da fikirləşəndə adam hiss edir ki, bir yaşamlıq ömür payı həyatın şirinliyinə görə insan üçün çox azdır, lakin nə etmək olar, təbiətin bu hədiyyəsi ilə kifayətlənməkdən başqa hələlik özgə əlacımız yoxdur. Biz olsa-olsa yalnız fiziki və mənəvi inkişafımızı düzgün istiqamətləndirib bizə verilən ömür payını bir qədər uzada bilərik. Lakin bütün bunlar öz yerində, indi keçək məsələnin o biri tərəfinə. Ömür var çox qısa olub, xatirələrdə yaşayır, əbədiyyətə qovuşub. Ən azından ğmrümüzdən ötən illərdə Xeyrulla Ağayevlə belə qısa ömürlərin şahidi olmuşuq. Nə qədər şərikli dost, sirdaş itirmişik. Ömür də var uzun olub tarixin heç bir səhifəsinə düşməyib. Amma Xeyrulla Ağayevin yaşadığı şərəfli və mənalı ömür ən azından İsmayıllının tarixinə düşəcək. Çünki onu İsmayıllıda çox istəyirlər, xətrini əziz tuturlar, nə vaxt harada görürlərsə, böyük sevgi və hörmətlə yanaşırlar. Kimə İsmayıllı ilə bağlı tutarlı bilgi lazım olursa. Xeyrulla müraciət edir. Ona görə onu nahaq yerə “İsmayıllının ensiklopediyası” adlandırmayıblar.
Heç kəsin qiymətin itirmir zaman,
Əbədi yaşayır qurub yaradan.
Sənə illər qədər uzun görünsün,
Ömründən sərfəsiz keçən bircə an.

O, başqaları ilə öz şadlığını bölməyi bacarır. Ona görə onun sevincinə də, uğuruna da, kədərinə də yeri gələndə ortaq olurlar. 65 ildə öz səadətini halal zəhməti ilə əldə etməyə çalışmış X.Ağayevin doğrudan da, qəlbi rahat, vicdanı sakitdir. Dəfələrlə dilindən eşitmişəm ki, zəhmətsiz heç bir səadət əldə etmək mümkün deyil.
Onun fikrincə, insan öz səadəti üçün var qüvvəsi ilə mübarizə aparmalıdır. Həyatla mübarizə insanı kamilləşdirir, mətinləşdirir, sönük arzulardan uzaqlaşdırır, xoşbəxtliyə, daha yaxşı yeni gələcəyə səsləyir. Ağıllı kəslər ictimaiyyət, ailə içərisində də öz həyatını məqsədyönlü qurmağı bacarır. Xoşbəxtliyi, səadəti özündən, ailəsindən uzaqlaşmağa qoymur. Səbir və təmkinlə görəcəyi işləri əvvəlcədən planlaşdırır, özü üçün müsbət mənada həll edir. Elə xoşbəxt yaşamağı bacarmaq da, həyatını düzgün qurmaq da məhz bu deməkdir.
Ümumiyyətlə, əsl insan olmaq çox çətindir, lakin şərəflidir. İnsanın əsil gözəlliyi onun daxilən gözəl olmasındadır. İnsan mənəvi cəhətcə nə qədər zəngin olarsa, bir o qədər də hörmət və ehtirama layiq görülər. Xeyrulla Ağayev də belə insanlardandır.
Bu bir xatırlatma yazısıdır. Yəqin ki, Allah yubiley gününədək mənə dəyməsə (inşəAllah dəyməz), daha geniş və ətraflı yazı ilə görüşünüzə gələrəm.
Hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ