Sizin reklam burada
Sizin reklam burada

RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüş keçirilib

-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüşüb.
Onlayn formatda keçirilən görüşdə RTİ müdirinin müavini, Rayon Təhsil Sektor müdirləri, şagirdlərin müəllimləri və onların təhsil aldıqları məktəblərin direktorları iştirak edib. İdarə müdiri qalib şagirdləri təbrik edərək, onlara növbəti mərhələdə uğurlar arzulayıb. Həmçinin onlara və müəllimlərə növbəti mərhələyə ciddi şəkildə hazırlaşmaları haqqında tapşırıq verib.
Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 33 nəfər şagird uğur qazanaraq final mərhələsində iştirak etmək hüququ qazanmışdır ki, onlardan 22 nəfəri İsmayıllı, 5 nəfəri Qobustan, 4 nəfəri Şamaxı, 2 nəfəri isə Ağsu rayon ümumtəhsil müəssisələrində təhsil alır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ