Sizin reklam burada
Sizin reklam burada

Silsilə tədbirlər davam etdirilir

Silsilə tədbirlər davam etdirilir
Silsilə tədbirlər davam etdirilir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə valideynlərlə “Biz nümunə olaq!” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsənin inspektoru, polis kapitanı Pərvanə Muradova, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, onun müavinləri, müəllimlər və dərnək üzvlərinin valideynləri iştirak ediblər.

Çıxış edən DYP təmsilçisi təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin yollarda uşaq travmatizminin minimuma endirilməsində, eləcə də uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.

Tədbirin sonunda valideynlər belə görüşlərin təşkil olunmasına görə öz minnətdarlıqlarını bildiriblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ