Sizin reklam burada
Sizin reklam burada

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uşaq və gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsi keçiriləcəK

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uşaq və gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsi keçiriləcəK

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uşaq və gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsi keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd, Regional İdarəni əhatə edən rayonlarda (Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy ) Aşıq sənətində uşaq və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xüsusi istedada malik olan uşaq və gənclərin aşkar edilməsi və Aşıq sənətinin regionda canlandırılmasının təmin edilməsinə dəstək verilməsidir.

İki mərhələdə keçiriləcək müsabiqədə 8-29 yaş arası uşaq və gənclər olmaqla üç yaş qrupunda (8-13 yaş, 14-18 yaş və 19-29 yaş) iştirak edə bilərlər.
Birinci tur 16-18 apreldə, ikinci tur (final) isə 1-3 may tarixində keçiriləcək.

Müsabiqədə qeyd olunan yaşlar üzrə aşıq sənəti, balaban və saz ifaçılığı ilə məşğul olan istedadlı uşaq və gənclər iştirak edə bilər. İştirakçılar aprelin 5-dək sənədləri (tam doldurulmuş və imzalanmış anket forması, 2 ədəd 3x4 ölçülü foto şəkil, şəxsiyyəti təsdiq edən sənədin surəti) Qazax rayonu üzrə Mədəniyyət Mərkəzinə (Qazax şəhəri, Səməd Vurğun küçəsi 28), Ağstafa rayonu üzrə Mədəniyyət Mərkəzinə (Ağstafa şəhər, Eyvaz Qələmçəli küçəsi 4), Tovuz rayonu üzrə Mədəniyyət Mərkəzinə (Tovuz şəhər, İstiqlal küçəsi 2), Şəmkir rayonu üzrə Mədəniyyət Mərkəzinə (Şəmkir şəhəri, M.Ə.Sabir küçəsi 18) və Gədəbəy rayon üzrə Mədəniyyət Mərkəzinə (Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 2) təqdim edə bilərlər. Qeyd olunan sənədləri qazax.tovuz.rmi@gmail.com elektron poçt ünvanına göndərməklə də qeydiyyatdan keçmək mümkündür.

Anketi əldə etmək üçün aşağıdakı linkə daxil olun.
https://we.tl/t-eOCx1u237i

Əlaqə: +994222253927 Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin aparatı

#qazaxtovuzrmi̇ #müsabiqə #aşıq #aşıqsənəti

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ