Sizin reklam burada
Sizin reklam burada

Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb

Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb
Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb


Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ