Sizin reklam burada
Sizin reklam burada

Müəllim və şagirdlərin mükafatlandırılması keçirilib

-----
26 dekabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müəllim və şagirdlərin mükafatlandırılması keçirilib.
İlin yekunu ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan və il ərzində fərqlənən bir qrup müəllim və şagirdlər mükafatlandırılıb.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Rayon Təhsil Sektorlarının müdirləri, təhsil işçiləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.
Mükafatlandırma tədbirində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil nazirinin əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri fərmanla təltif edilən təhsil işçilərinə medallar və Fəxri Fərmanlar təqdim edilib. Həmçinin 2022-2023-cü tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına məntiq olimpiadası və Fənn Müsabiqəsində iştirak edərək medal qazanan şagirlərə də Təhsil İnstitutu tərəfindən verilən medal və diplomlar təqdim edilib.
Bunlardan əlavə il ərzində təhsil sahəsində fərqlənən bir qrup təhsil işçisi təhsil sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə, şagirdlər isə təhsil sahəsindəki uğurlarına görə Regional İdarə müdiri tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Sonda tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında rəqs və mahnılar ifa edilmişdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ