Sizin reklam burada
Sizin reklam burada

Rusiya kəşfiyyatı Şahramanyana hansı tapşırığı verib? - ŞOK DETALLAR

Rusiya kəşfiyyatı Şahramanyana hansı tapşırığı verib? - ŞOK DETALLAR

“Rusiya kəşfiyyatı Samvel Şahramanyana Ermənistanda dövləti parçalamaq tapşırığı verib”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Xristian-Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan Qarabağdan İrəvana qaçan separatçı Şahramanyanın qondarma “artsax”ın ləğv edilməsi qərarından imtina etməsi haqda danışarkən bildirib.

Onun fikrincə, Şahramanyanın funksiyası var və bunu yerinə yetirir: “Bu gün bunu edirsə, sabah da başqa iş görəcək. Bizim ictimai sferada belə bir fikir var ki, o ağılsızdır. Bu yanlış fikirdir, Şahramanyanın ağılı başındadır və nə etdiyini çox yaxşı bilir. Şahramanyan hazırda siyasi fiqur deyil, amma ola bilər. Çünki onu Ermənistana göndəriblərsə, deməli, oyun qurublar. Lazım gələrsə, lider də edəcəklər, onun üzərindən diktatura yaratmaq istiqamətində addımlar da atacaqlar”.

H.Sukiasyanın sözlərinə görə, 10 noyabr razılaşmasından sonra Rusiya Ermənistanda şok yaratmaq üçün hər şeyi etdi, lakin nail ola bilmədi.

“Bu, növbəti addımdır və “artsax” məsələsini dərinləşdirəcəklər, böyük problemə çevirəcəklər, bütün günahları da hökumətin üzərinə yıxacaqılar ki, ölkədə səfərbərlik yaransın. Onlar (separatçılar-red) ikinci hökumət olacaq”, - o bildirib.

H.Sukiasyan qeyd edib ki, Ermənistanda “Qarabağın mühacir hökuməti” ola bilməz: “Onlar necə fəaliyyət göstərmək istəyirlər, özləri də blmir. İctimai, qeyri-ictimai, kommersiya təşkilatı, yaxud necə?! 22 nəfərlik muşketyorla (separatçıların qondarma “deputatları”-red) “vakant prezident” işləyir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ