Sizin reklam burada
Sizin reklam burada

Yumurtanın kəskin bahalaşmasının səbəbi açıqlandı

Yumurtanın kəskin bahalaşmasının səbəbi açıqlandı




Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina toyuq yumurtasının qiymətinin niyə qalxdığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə RBC ilə söhbətində bildirib. Nabiullina yumurtanın qiymətinin kəskin qalxmasını təkcə inflyasiya ilə deyil, həm də tələbatın yüksək olması ilə izah edib. O, 2021-ci ildə bu və ya digər növ malların kəskin şəkildə bahalaşdığı vəziyyəti xatırladıb.

“Yüksək inflyasiyanı hansısa əmtəə növü ilə əlaqələndirmək istəyi var. Ancaq təəssüf ki, ortaq səbəblər çoxdur. İlk növbədə, bizim vəziyyətimizdə bu, tələbin yüksək artımının tədarük imkanlarını üstələməsidir”, deyə Mərkəzi Bankın rəhbəri qeyd edib.

Qeyd edək ki, dekabrın 14-də ilin yekun mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin toyuq yumurtasının kəskin bahalaşmasına görə ruslardan üzr istəyib. O əlavə edib ki, bir çox vətəndaşlar üçün bu məhsul əsas protein mənbələrindən biridir.

Xatırladaq ki, noyabrda Rusiyada toyuq yumurtası 15,07 faiz bahalaşıb. Bu tendensiya, digər amillərlə yanaşı, inflyasiya və rublun zəifləməsinin təsiri ilə izah edilib, bu da dərmanların, avadanlıqların və ümumiyyətlə yumurta və toyuq əti istehsalı üçün xaricdən alınan məhsulların qiymətlərinin artmasına səbəb olub.

  • Sosial şəbəkədə paylaş