Sizin reklam burada
Sizin reklam burada

BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI

BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI


Məhəbbət İBRAHİMOV - 60

İllər bir göz qırpımında nə tez gəlib keçdi... İllər necə gəldi, necə keçdi, hiss eləmədik. Bir də baxıb gördük ki, 60 yaşı haqlayıb....
60 il ömrün ən müdrik çağıdır, insan ömrünün normal halıdır, yarısıdır, üçdən ikisidir, bunu bilmək olmaz. Bunu Allah bilir. Mənim bildiyim budur ki, ömrün arxada qalan 60 ilini halal yaşayıb, kişi kimi yaşayıb, ləyaqətlə, vicdanla, məhəbbətlə, sevgiylə yaşayıb və tam əminliklə deyə bilərəm ki, kişi kimi də bu ömrə imza ata bilər.
Altmış il həm bir sənətkar, bir aparıcı, bir bədii qiraətçi, bir aktyor ömrüdür. Bu mənə əsas verir ki, deyim ondan sonra yaratdıqları, dedikləri, müşahidə etdikləri qalacaq...
60 il əvvəl səni – Məhəbbət Etibarlını bu dünyaya çağırdılar, sən də gəldin. Çağırmasaydılar, gəlməzdin. Gəldin və bugünkü bizim tanıdığımız Məhəbbət Etibarlı oldun.
60 il öncə elə bu vədələrdə o, ağlaya-ağlaya, hay-həşir qopara-qopara İsmayıllının Yuxarı Cülyan kəndində dünyaya gəldi. Ürəyinin sözə can atdığını duyanda dünyaya nə üçün gəldiyini anladı. İndi altmış ildir ki, bu dünyanın qonağıdır. Hər sözün nazını körpə kimi çəkir. Bu dünyada yaşaya-yaşaya öz könül dünyası ilə baş-başa qalır, öz-özü ilə dərdləşir, söhbətləşir, daxili əzəmətini saxlamağa çalışır.
Tərcümey-halından bir neçə kəlmə...
Məhəbbət Etibar oğlu İbrahimov 16 mart 1963-cü ildə İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində anadan olub. 1970-ci ildə kənd səkkizlllik məktəbinin birinci sinfinə gedib, 1978-ci ildə səkkizillik təhsilini başa vurub sənədlərini İsmayıllı şəhər 3 nömrəli orta məktəbinə verib və orta məktəbi 1980-ci ildə burada başa vurub. Bundan sonra sənədlərini ali məktəbə - Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verib. Ali məktəbə daxil olduqdan sonra institutun bütün tədbirlərində fəal iştirak edib, aparıcılıq ona etibar edilib. 1984-cü ildə institutu bitirərək İsmayıllı rayonuna qayıdıb. Rayon mədəniyyət şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Xalq teatrının rejissoru kimi bir çox tamaşaya quruluş verib. Bununla yanaşı bir sıra baş rolların da ifaçısı olub. Rayonda keçirilən mədəni-kütləvi tədbirlərin hazırlanmasında, ssenarilərin yazılmasında da iştirak edib, tədbirlərin aparıcısı olub.
1985-1987-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən mədəniyyət şöbəsində fəaliyyətini davam etdirib. 1992-ci ildə Politologiya İnstitutunda iki il qiyabi təhsil alaraq politoloq ixtisasına yiyələnib. 2001-ci ildə Bakıya köçüb, o vaxtdan aparıcılıq fəaliyyəti ilə məşğuldur. Bədii qiraətçi kimi keçirilən tədbirlərdə, el şənliklərində yaxından iştirak edir.


2001-ci ildən Bakıda yaşayır. Bakıda yaşasa da, şəhərli ola bilmir. O, heç kəndli də ola bilmədi. Nə şəhərli balasıdır, nə də kəndçi. Şəhərdə olanda kənd üçün, kənddə olanda şəhər üçün darıxır, rahatlığını itirir. Nə kəndə, nə də ki şəhərə sığışır. O, əslində heç bu dünyaya da sığışa bilmir. Bu dünya sanki onu sıxır, gözlərindən od çıxarır. Bu dünyanın rəngləri gözlərini qamaşdırır. Bu dünyanın havasında boğulur, laylasına uya bilmir, bu dünyanın cəhənnəm əzablarına dözə bilmir...
Altmış – yaşadığı illərin sayıdır. Bu rəqəm yaşının göstəricisidir.
Altmış - əsrin yarısından çoxudur. Əsrin dizini qatlamağa hələ qırx il var. Yaşayıb görəcək, inşəAllah!
Altmış – ağıllı, müdrik, layiqli müşahidələrinin sayıdır.
Altmış – dilində səsləndirdiyi həzin və kövrək bayatıların sayıdır.
Altmış – altmış ilin altmış anının sayıdır.
Altmış – apardığı ən maraqlı el məclisinin sayıdır.
Altmış – ipə-sapa düzülməmiş incilərdir, fikir və düşüncələrdir, deyimlərdir. Öz sözünün – düz sözünün sayıdır.
Altmış – altmış saf, pak dostunun ona ünvanladığı ürək sözünün, təbrikin sayıdır.
Bir sözlə, altmış onun taleyinin həlledici məqamlarından vacib olanının sayıdır.
O, yaşa dolduqca, qocaldıqca (amma o, 30 il əvvəl gördüyüm Məhəbbət Etibarlıdır) öz uşaqlıq dünyasına qayıdır. İçindəki balaca, 6 yaşlı uşaq əlindən tutub onu irəliyə apardıqca daha da təmizlənir, saflaşır, Günəşin nurunda, Ayın ağappaq işığında yuyunur. Yaşının üstünə yaş gəldikcə müdrikləşir, ağır taxtalı olur, özünün və sözünün yerini bilir, işıqlı əməllərə daha çox can atır. Əlindən tutub onu irəli aparan həmin uşaq kimi saf və təmiz olandan, günahlarını təmizləyəndən sonra Allahın dərgahına qovuşacağına inanır. Hələ ki, əlindən tutub onu ümidsiz və kimsəsiz qoymayan o təmiz və saf uşağın köməyilə ruhən təmizlənməyə, saflaşmağa, bir daha günah etməməyə çalışır. Hələ ki, o, içindəki uşağı, içindəki uşaq da onu yaşadır. Ömrünün son anında içindəki uşaq da əlini buraxıb ondan çox-çox uzaqlara gedəcək. İçindəki altı yaşlı Məhəbbətin altmış yaşlı Məhəbbəti neçə ildən sonra tərk edəcəyini Allahdan savayı heç kim bilməz və heç kim də alın yazısına bir söz belə əlavə eləyə bilməz. Söz dedim, peyğəmbərimizin sözü yadıma düşdü: “Təmiz və ruh oxşayan söz ehsandır”. O da Məhəbbət Etibarlı olaraq təmiz və ruh oxşayan sözlərdən istifadə edir, halal sözü ilə, halal davranışı, mərifəti ilə ehsan qazanır. Ürəkdən gələn halal sözlərlə aydın, təmiz beynindən süzülüb gələn fikirlər sırsıradır, özünü də, biz dostları da gələcəyə inamla baxmağa səsləyir.
Yaş altmışdır. Altmış ildir ki, sonu görünməyən bir yolu tutub gedir. Bu yolda onunla yoldaşlıq eləmək istəyənlər gələcək əsrlərə və nəsillərə bir ərməğan eləmək istədiyim bu yazını yarpaq-yarpaq vərəqləyib oxusalar yaxşıdır. İnanıram ki, onunla yoldaş olmaqdan peşiman olmayacaqlar, əksinə, haqq yolunda olmaqları ilə qürur duyacaqlar.
Dostlarının fikrini də oxumaq, gözdən keçirmək maraqlı olardı.
“Tərəqqi” medallı xanəndə, İsmayıllı mədəniyyətinin yorulmaz təbliğatçısı Sahibə ABDULLAYEVA: “Gözəl rejissordur. “Taleyin qisməti” adlı ilk klipin (indi rolik deyilir) rejissoru Məhəbbət Etibarlı olub. Çox qabiliyyətli, tərbiyəli yerlimiz, əsl incəsənət adamıdır. Rayon mədəniyyət evində çalışdığı müddətdə böyük hörmətə malik olub. El-obasına bağlı olduğu üçün xətir-hörməti də saxlayıb. Bir çoxundan fərqli olaraq ədalı, iddialı deyil, özünü daim camaatın yanında hiss edir. Allaha məhəbbətli, insanlara, el-obaya etibarlı olduğu üçün adını Məhəbbət qoyublar, soyadı da ləyaqətlə daşıyır, kişi kimi qoruyub saxlayır.
İstedadlı aktyordur, bildiyimə görə əsas rollarda da çıxış edib, məharətlə oynayıb. Ləyaqət Yusifovun dövründə də işləyib, ən təmiz adı o, qoyub gedib. Həmişə şeir deyəndə rəhmətlik aktyorumuz Mikayıl Mirzəyə oxşadıblar. Gözəl diksiyası, nitq mədəniyyəti, duyumu var onun. Şeir deyəndə elə bil okeana girib məharətlə də çıxırdı”.

“Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla AĞAYEV Məhəbbət Etibarlı haqında belə dedi: “Elə bil İsmayıllı təbiətinə oxşayır. Vətənsevər bir insandır. Vaxtilə ryon tədbirlərinin əsas aparıcısı olub”. Sonra ürək sözlərini yubilyara ünvanladı: “Sənətkar yaşın mübarək, əziz dostum!.. Poeziya, mədəniyyət, mənəviyyat vurğunusan... Həm də onların yaşadıcısısan... Həm də onların daşıyıcısısan - bax bu vəhdət səni fərqləndirir... sevdirir... Düşüncə və davranış harmoniyası kimi özün gözəl Şah əsərsən - İlahidən bizə ən xoş hədiyyə kimi... SƏS, POEZİYA yaşın mübarək əziz qardaşım!.. Yaşa, SÖZ xəzinəsini yaşatmaqla!.. Sənət, SÖZ, Gənclik və Sevgi yaşın mübarək!.. MƏHƏBBƏT və ETİBAR yaşatsın səni.. sevdirsin səni bu gözəllik dünyasında!”...

Xəbərlər İnformasiya Agentliyinin Təsisçisi və Baş redaktoru Yusif Məhəmmədoğlu isə həmkarı haqında fikirlərini belə bölüşdürdü: ““Ən böyük zərurət - insanları sevməkdir”. 60 yaşlı dostumuz Məhəbbət Etibarlı həmişə öz xalqını sevən, onun gələcəyi haqqında daim düşünən bir ziyalıdır.
Sifətində həmişə daxili təmkinini nişan verən ciddi ifadə, hərəkətləri, danışığı, rəftarı sahmanlı, ölçülü-biçili. Tanımayan olsa, ilk baxışdan onu bir alim, təcrübəli müəllim, oturuşmuş qələm sahibi zənn edər. Amma istedadlı, qabiliyyətli və elə o qədər də təvazökar, özünü diqqət mərkəzinə çəkmək duyğusundan, şöhrət hisslərindən çox uzaq olan bu sadə insan incəsənət adamıdır, bədii qiraətçidir və onu bütün Azərbaycan tanıyır.
Bu, bəlli bir həqiqətdir ki, tədbir aparıcıları, bədii qiraətçilər adətən yalnız səhnədə, ekranda, efirdə olmayıblar, elə lap köhnə vaxtlardan həm də el şənliklərini bəzəyiblər. Yəni həm məclislərə rövnəq veriblər, həm də toy-düyünün hesabına dolanışıqlarını qurublar, oradan qazandıqları ilə ailələrinin ehtiyaclarını yola veriblər.
...Çırağa insanın həmişə ehtiyacı olub. Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, indi də. Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın.
Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.
İndi bizim Məhəbbət Etibarlını da həmin çırağa bənzətmək olar.
Çırağın daim yanar, evin bərəkətli, sözün kəsərli, gözlərin nurlu, yubiley yaşın mübarək olsun, əziz dost!”.

Və sonda:

Böyük məhəbbətlə, böyük ürəklə,​
Sən təmiz vicdanla, arzu, diləklə.
Halal qazandığın duzla, çörəklə,
Əlini sıxırsan altmış yaşının.


Sevincdən tutrəyir qəlbinin səsi,
Duyğular yandırır kövrək qəlbini.
Doğma qardaş kimi, əziz dost kimi,
Əlini sıxırsan altmış yaşının.

Qədrini biləsən hər anın gərək,
Yaşamaq eşqiylə döyünsün ürək.
Altmışın önündə sən baş əyərək,
Əlini sıxırsan altmış yaşının.

40 illik jurnalist dostun
Daşdəmir ƏJDƏROĞLU


BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI
BİZİM TANIDIĞIMIZ MƏHƏBBƏT ETİBARLI

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ