Sizin reklam burada
Sizin reklam burada

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 103 gündür ki, dünya ictimaiyyətinə çağırışlar edirlər

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 103 gündür ki, dünya ictimaiyyətinə çağırışlar edirlər
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 103 gündür ki, davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri, ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ