Sizin reklam burada
Sizin reklam burada

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş Cəngəmiran kəndində keçirilib

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş Cəngəmiran kəndində keçirilib

Çıxış edən Lerik RPŞ-nin rəisi müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzindədir və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları ağ ölümə qarşı mübarizədə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı görüşlər keçirirlər.
Sonra çıxış edən Rayon Gənclər və İdman İdarəsinin, Lerik rayon təhsil sektorunun və digər qurumların əməkdaşları bildiriblər ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Görüşdə həmçinin, erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışılıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ