Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın Ukraynanın bəzi bölgələrini ilhaq etməsinə Türkiyədən REAKSİYA

Rusiyanın Ukraynanın bəzi bölgələrini ilhaq etməsinə Türkiyədən REAKSİYA
Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın bəzi bölgələrinin Rusiya tərəfindən ilhaqı ilə bağlı yazılı açıqlama verib.


Açıqlamada qeyd edilir:

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması olan bu qərarın bizim tərəfimizdən qəbul edilməsi mümkün deyil. Biz getdikcə miqyası daha da genişlənən müharibənin danışıqlar yolu ilə ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”.

Qeyd edək ki, Rusiya Krımdan sonra Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərini ilhaq edib və Ukraynanın təxminən 15 faizini öz ərazisinə birləşdirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ