Sizin reklam burada
Sizin reklam burada

Yusif Abidov əmlakını satışa çıxarır

Yusif Abidov əmlakını satışa çıxarır

Xəbər verdiyimiz kimi Yusif Abidov Qubada müxtəlif vəzifələrdə işlədiyi dövrlərdə vəzifə saxtakarlığı ilə əldə etdiyi əmlaklarını satışa çıxarıb.
O, Rayon İcra Hakimiyyətində birinci müavin işlədiyi dövrdə sökdürdüyü Quba şəhidlər xiyabanının yanındakı arkanın tikinti materialları ilə şəhərin Vaqif küçəsində tikdirdiyi mağazasını, əyri yollarla qurduğu xalça toxuma sexini, Quba şəhərindəki villalarından birini, Bakının 4-cü mikrorayondakı evini, hazırda yaşadığı Qubanın Aşağı Atuc kəndində yerləşən evlərindən birini və digər əmlaklarının bir hissəsini satıb.
Qubada yerləşən alqı - satqı obyektini, Quba bazarının arxasındakı villasını, Qəçrəş yolundakı 11 sot həyətyanı torpaq sahəsini, Aşağı Atuc kəndindəki hektarlarla bağ sahələrini yüksək qiymətə satışa çıxarıb.
Yusif Abidovun əmlaklarını satışa çıxarılmasında və satmasında məqsədi rayonda yüksək vəzifəyə gəlməkdir.
Yusif Abidova yaxın mənbələrin verdiyi məlumatlara görə o,haram yollarla oğurlayıb taladığı əmlaklarını satıb hansı vəzifəyə gəlmək istədiyi barədə məlumat veriləcək.
Bizi izləyin.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ