Sizin reklam burada
Sizin reklam burada

Tovuzda 10-dan çox şəxsi sahibsiz itlər dişləyib - FOTO

Tovuzda 10-dan çox şəxsi sahibsiz itlər dişləyib - FOTO
Tovuz rayonunun bir neçə kəndində sakinlər küçə itlərinin hücumuna məruz qalıblar.

APA xəbər verir ki, rayonun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.


Təkcə bir gün ərzində 11 nəfər kənd sakini sahibsiz itlərin hücumuna məruz qalaraq xəstəxanalıq olub.

Həmin şəxslər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan bir neçəsi azyaşlıdır.

Zərərçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Lakin aralarında azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı xəsarətlərə görə orta ağır qiymətləndirilir.

Sakinlər bildirirlər ki, artıq rayonda aidiyyəti üzrə bütün strukturlara müraciət ediblər.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ