Sizin reklam burada
Sizin reklam burada

Bakıda ağır qəza: Xəsarət alanlardan birinin qolu amputasiya edildi

Bakıda ağır qəza: Xəsarət alanlardan birinin qolu amputasiya edildi
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı körpə olmaqla bir ailənin 4 üzvü - 2019-cu il təvəllüdlü Ağaməliyeva Mələk Dadaş qızı, 1988-ci il təvəllüdlü Ağaməliyev Kamal Tofiq oğlu, 1992-ci il təvəllüdlü Ağaməliyev Dadaş Tofiq oğlu və 1996-ci il təvəllüdlü Ağaməliyeva Xatirə Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı 1961-ci il təvəllüdlü İmanov Nadir Kərim oğlu isə ağır xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb. N.İmanovun sol qolu amputasiya edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ