Sizin reklam burada
Sizin reklam burada

Sabirabad sakini bıçaqlanıb

Sabirabad sakini bıçaqlanıb
Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qarağac kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Hacıyev İmaməli Qurbanqulu oğlu münaqişə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən 4 bıçaq xəsarəti alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ