Sizin reklam burada
Sizin reklam burada

Goranboyda maşın, Zaqatalada ev yanıb

Goranboyda maşın, Zaqatalada ev yanıb
Goranboy rayonunun Qaradağlı kəndində ümumi sahəsi 48 m² olan avtomobil təmiri sexinin içərisində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, sex yanğından mühafizə olunub.

Zaqatala şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ