Sizin reklam burada
Sizin reklam burada

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub - FOTO

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub - FOTO
ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.

  • Sosial şəbəkədə paylaş