Sizin reklam burada
Sizin reklam burada

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Xarici dil üzrə yazı və danışıq bacarıqları yoxlanılacaq

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Xarici dil üzrə yazı və danışıq bacarıqları yoxlanılacaq
2024-cü ildən magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları yoxlanılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi üçün yazdığı ön sözdə bildirib.

Onun sözlərinə görə, magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə olunacaq.

Hər bir xarici dil üzrə test blokuna dinləyib-anlama üzrə bir audiomətn əsasında qapalı tipli beş test tapşırığı da daxil ediləcək. Bakalavrlara kömək məqsədilə hazırlanmış audiomətnlərin nümunələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilmişdir. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ