Sizin reklam burada
Sizin reklam burada

Türk Dövlətləri Təşkilatı: “Qazaxıstan hökumətinə və xalqına dəstək verməyə hazırıq”

Türk Dövlətləri Təşkilatı: “Qazaxıstan hökumətinə və xalqına dəstək verməyə hazırıq”
Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik. Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə bəyanatda bildirilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ