Sizin reklam burada
Sizin reklam burada

Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planları açıqlayıb

Mikayıl Cabbarov qiymət artımının qarşısını almaq üçün əsas planları açıqlayıb
“Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam də­yər zəncirini formalaşdırmaq, 100 faizlik lokalizasiyaya nail olmaqdır”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcud­dur:

“Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırıl­ması bu cür sahibkarlıq subyektlə­rinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesi­nin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məh­sul istehsalı və emalı üzrə ixtisas­laşmanın dərinləşdirilməsi hədəf­lənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələ­rinin yenidən qurulması, sağlam­laşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərin­dən geniş istifadə ediləcək”.

M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyya­tının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir:

“Son illərdə dünyada istisna­sız olaraq bütün ərzaq məhsulları­nın qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşki­latının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olu­nan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox pro­seslər mövcuddur və bu proseslə­rin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiy­mət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin art­masıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarın­da qiymət sabitliyini təmin etmək, eyni zamanda, ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaş­dırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məh­sulların satış qiymətlərində özü­nü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başla­yıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsu­lun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.

O xatırladıb ki, 2021-ci ilin 9 ayı üzrə idxal qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 21,5 % artıb:

“Hazır qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər, sirkə, tütün məmulatları və onun əvəzediciləri üzrə idxal qiymətləri indeksi isə 25,1 faiz yük­səlib. Qiymətləndirmələrə əsasən, cari ilin yanvar-oktyabr aylarında infl­­yasiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz təşkil edib ki, bu da əsasən ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin 6,7 faiz təşkil etməsi hesabına for­malaşıb. Beləliklə, daxili bazarda isteh­lak qiymətləri indeksinə obyektiv təzyiq mövcuddur. Bu, sərbəst qiymətlərlə formalaşan bir bazar­dır və bu prosesə dövlətin inzibati müdaxilə imkanları məhduddur. Dövl

  • Sosial şəbəkədə paylaş