Sizin reklam burada
Sizin reklam burada

42 yaşlı kişi özünə bıçaqla ağır xəsarət yetirdi

42 yaşlı kişi özünə bıçaqla ağır xəsarət yetirdi
Bakıda intihara cəhd hadisəsi baş verib.


“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocəsən qəsəbəsinə 1980-ci il təvəllüdlü Məlikov Rəşad Ağamalik oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun fəqərəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş