arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Şabranda iki bacı dəm qazından zəhərləniblər

Şabranda iki bacı dəm qazından zəhərləniblər
Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.

“Report” xəbər verir ki, 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya yerləşdirilib.

Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş