Sizin reklam burada
Sizin reklam burada

Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Orxan Orucovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ