Sizin reklam burada
Sizin reklam burada

Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Saatlıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib
Saatlı rayonunda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. 1956-cı il təvəllüdlü Əsədov Zakir Eynulla oğlu yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçərkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin əziyi diaqnozları qoyulub. Z.Əsədovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ