Sizin reklam burada
Sizin reklam burada

Siyəzəndə 40 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Siyəzəndə 40 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Əliyev Orxan Alay oğlunu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

  • Sosial şəbəkədə paylaş