Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın ötən gün Ermənistana qaytardığı hərbçilərdən biri həbs olunub

Azərbaycanın ötən gün Ermənistana qaytardığı hərbçilərdən biri həbs olunub
Azərbaycanın dünən Ermənistana qaytardığı beş hərbçidən biri həbs olunub.


Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.

“Azərbaycanın Macarıstanın vasitəçiliyi ilə Ermənistana təhvil verdiyi beş hərbçidən hamısı dindirilib, onlardan biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”, - deyə Vardan Tadevosyan bildirib.

O əlavə edib ki, hərbçi döyüş vəzifəsini və hərbi xidmət keçmə qaydalarını pozma maddəsi ilə ittiham olunur.

Mənbə: “Sputnik” Ermənistan

  • Sosial şəbəkədə paylaş