Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri Zati-Aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri  Zati-Aliləri  cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident!!
Sizi 60 illik yubileyiniz, qarşıdan gələn Dünya Azərbaycanlıların həmrəyliyi və yeni il münasibətilə 16200-dənartıq üzvü olan YAP Ağcabədi rayon təşkilatının bütün üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, yenidən ərazi bütövlüyünə qovuşmuş Respublikamızın inkişafı və xalqımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Zati-Aliləri!
Siz Prezident seçildiyiniz 18 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, güclü Dövlət, müasir və modern ordu qurulmasına çox böyük önəm verdiniz. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zəbt edildiyini siyasi müstəvidə bütün dünyaya çatdırdınız. Görülən məqsədyönlü işlərin məntiqi nəticəsi işğalçı Ermənistan üzərində parlaq Qələbə ilə nəticələndi. Ali Baş Komandan və sərkərdə kimi tarixdə ilk dəfə olaraq zaman-zaman itirdiyimiz torpaqların geri qaytarılmasına nail oldunuz. 44 gün ərzində qazanılan Zəfər qələbəsi 30 ilə yaxın xalqımızın ürəyində qövr eləyən yaraya məlhəm oldu.
Cənab Ali Baş Komandan!
Sizin ardıcıl olaraq işğaldan azad edilmiş ərazilərə səfəriniz, orada həyata keçirilən quruculuq, azad edilən ərazilərin bərpası, minalardan təmizlənməsi və dirçəldilməsi sahəsində başladığınız genişmiqyaslı layihələr bir daha onu sübut etdi ki, Siz ölkəsini, xalqını sevən, onun mənafeyini hər şeydən üstün tutan, cəsarətli, praqmatik düşüncəli bir bir Prezidentsiniz. Qələbənin şərəf simvolu kimi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən Xarı bülbül festivalında iştirakınız, 15 iyunda Türkiyə-Azərbaycan arasında müttəfiqlik barəsində qəbul edilən Şuşa bəyannaməsi, Füzuli şəhərində Beynəlxalq aeroportun açılışı, yolların, işıq və su kəmərlərinin çəkilməsi, onu göstərir ki, Siz təkcə torpaqları işğaldan azad etməklə kifayətlənmir, həmin əraziləri cənnətə döndərərək inkişaf etmiş beynəlxalq ekoloji turizm zonasına çevirmək üçün ardıcıl və məqsədyönlü işlər görmüsünüz.
26 noyabrda Soçi şəhərində Rusiya Federasiyasının Prezidenti V.V.Putinlə, Ermənistanın Baş Naziri N.Paşinyanla işğaldan azad edilmiş ərazilərin bərpası, kommunikasiyaların açılması barədə apardığınız səmərəli danışıqlar, 14-15 dekabr tarixlərində Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığının VI Sammitində iştirakınız, səfər sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş Katibi Yens Stoltenberqlə, Fransa Prezidenti E.Makron, Ermənistanın Baş naziri Nikol Paşinyanla, Ukrayna Prezidenti Vladimir Zelenski, Moldova Prezidenti Maya Sandu ilə görüşləriniz apardığınız Diplomatiyanın qələbəsi kimi dəyərləndirilir. Zəngəzur dəhlizindən keçən dəmir yolunun açılmasına dair razılığa gəlinməsi ilə Siz ölkəmizin maraqlarını təmin etdiniz.
Cənab Prezident Sizi bir daha 60 illik yubileyiniz, Dünya Azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, Ölkəmizin inkişafı və Azərbaycan xalqının rifahı naminə çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik!

Ulu Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ