arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bakıda cinsi azlıq nümayəndələri polis bölməsinə hücum etdi - FOTO

Bakıda cinsi azlıq nümayəndələri polis bölməsinə hücum etdi - FOTO


Bakının Nəsimi rayonunda iki nəfər polis bölməsinə hücum edib.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Bildirilir ki, iki nəfər Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə hücum edib.

Əli və Zaur adlı cinsi azlıq nümayəndələri dava salıblar və ictimai asayişi kobud şəkildə pozublar.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, onlar barədə qanunauyğun şəkildə tədbir görülüb.

“Həmin şəxslərin qanunsuz hərəkətləri ilə bağlı üç nəfər barəsində (daha bir nəfər də onlarla birlikdə olub - red.) İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən (xırda xuliqanlıq) protokol tərtib olunub. Onların digər qanunsuz hərəkətlərinin xüsusatları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, - deyə Elşad Hacıyev bildirib.

Araşdırmanın nəticəsindən asılı olaraq əməli hüquqi qiymət veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ