Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə 52 yaşlı kişi intihar edib

Şəmkirdə 52 yaşlı kişi intihar edib





Şəmkir rayonunda intihar hadisəsi olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1969-cü il təvəllüdlü Xaliq Verdiyev özünü ağacdan asaraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ