Sizin reklam burada
Sizin reklam burada

Dağlıq ərazidə narkotik bitkilər yetişdirən həmkəndlilər SAXLANILDI

Dağlıq ərazidə narkotik bitkilər yetişdirən həmkəndlilər SAXLANILDI


Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Züngüləş kənd sakinləri C. Əhədov və E. Eyvazov saxlanılıblar.

Onların Astara rayonunun Züngüləş kəndində dağlıq-meşəlik ərazidə kultivasiya yolu ilə becərdikləri yaş halda çəkisi 55 kiloqram olan 36 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ