Tokio Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandıran Pərvin Məmmədov fikirlərini bildirib.
Oxu.Az-ın xəbərinə görə, 49 kq çəki dərəcəsində pauerliftinqdə bürünc medalı boynundan asan Pərvin Məmmədov sanki yuxuda olduğunu söyləyib:
“Bu gün ilk medalı Azərbaycana qazandırdım. Bunun üçün çox şadam. Sevincimin həddi-hüdudu yoxdur. Medal qazandığıma inana bilmirəm. Bu mənə bir yuxu kimi gəlir. Çox sevinirəm ki, Tokioda bayrağımızı qaldıra bildim. Məşqçimizlə əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı”.
