Sizin reklam burada
Sizin reklam burada

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?



Avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26, gündüz 35-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycan rayonlarında isə hava əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ