Sizin reklam burada
Sizin reklam burada

500-dək fərdi yaşayış evinə sayğaclar quraşdırılacaq - FOTO

500-dək fərdi yaşayış evinə sayğaclar quraşdırılacaq - FOTO



“Azərsu” Açıq Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb.

Qurumdan verilən məlumata görə, Binəqədi-Xırdalan şosesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.

Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.

Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunur. Burada müxtəlif diametrli borularla 5,7 km uzunluğunda içməli su şəbəkəsi yaradılır.

Layihənin əhatə etdiyi ərazidə 500-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.

Tikinti-quraşdırma işlərinin cari ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ