Sizin reklam burada
Sizin reklam burada

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq


Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu Beyləqanda dəfn olunacaq.

“Report” xəbər verir ki, F.Yaqublu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Vətən müharibəsində iştirak etmiş F.Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ