Sizin reklam burada
Sizin reklam burada

İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanovun Qurban bayramı münasibətilə İsmayıllı şəhər sakinlərinə təbriki

İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi Əlişir Süleymanovun Qurban bayramı münasibətilə İsmayıllı şəhər sakinlərinə təbriki

Əziz İsmayıllılar!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.​
Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir.
Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.
Qoy doğma Azərbaycanımızın çiçəklənməsi naminə bayram günlərində edilən arzu və diləklər gerçəkləşsin, mübarək Qurban bayramı hər obaya, hər evə rahatlıq və əmin-amanlıq gətirsin, cəmiyyətdə həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini versin!

Bayramınız mübarək olsun!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ