Sizin reklam burada
Sizin reklam burada

Bakıda telefon rabitə xətti oğurlayan qardaşlar saxlanıldı

Bakıda telefon rabitə xətti oğurlayan qardaşlar saxlanıldı



Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub.

Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş