Sizin reklam burada
Sizin reklam burada

ÜST rəsmisi: “Delta” ştammının uşaqlarda necə müşahidə olunacağı barədə məlumat yoxdur”

ÜST rəsmisi: “Delta” ştammının uşaqlarda necə müşahidə olunacağı barədə məlumat yoxdur”


“COVID-19 infeksiyası yayılandan uşaqlar arasında yoluxma geniş vüsət almasa da, ölənlər arasında azyaşlılara da rast gəlinirdi. Bu səbəbdən virusa və mutasiyaya uğramış variantlarına da uşaqların yoluxmayacağını demək düzgün olmaz”.

Oxu.Az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

“Koronavirusun mutasiyaya uğramış “Delta” variantında fərqli simptomlarla bağlı hər hansı məlumatlar yoxdur. Ümumiyyətlə, “Delta” virusuna yoluxacaq uşaqlarda xəstəliyin fərqli şəkildə gedişatı ilə bağlı bu gün əlimizdə heç bir məlumat yoxdur.

Statistik nəticələrə görə, ən çox ölənlər 65 yaşdan yuxarı şəxslər və səhiyyə işçiləridir. Uşaqları da yalnız vaksinasiya keçərək qoruya bilərik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ