Sizin reklam burada
Sizin reklam burada

Musiqili Teatrın aktrisası beynəlxalq festivaldan diplomla qayıdıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı aktrisası, Əməkdar artist, Prezident mükafatçısı Nərgiz Kərimova Ukraynada keçirilən VIII “O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında uğurla çıxış edib və diploma layiq görülüb.
Lirik soprano səsli vokalçımız beynəlxalq əhəmiyyətli bu tədbirə Ukrayna Milli Operetta Teatrının bədii rəhbəri, festivalın təşkilatçısı Boqdan Strutinskinin dəvəti ilə qatılıb və həmişə olduğu kimi bu dəfə də ölkəmizi layiqincə təmsil edib.
N.Kərimova 11 ölkənin – Ukrayna ilə yanaşı, Çin, Avstriya, Belarusiya, Gürcüstan, İran, Qazaxıstan, Litva, Moldova və Sloveniyanın vokalçılarının iştirak etdiyi bu festivalda tamaşaçılar tərəfindən böyük rəğbət və coşğu ilə qarşılanıb. O, festival çərçivəsidə keçirilən qala konsertlərdə İmre Kalmanın "Mister X" operettasından Teodoranın ariyasını və Con Te Partiro (Francesco Sartori) əsərini ifa edib.
Səfərdən yenicə qayıdan sevimli aktrisamız tədbir haqqında xoş təəssüratlarını bizimlə bölüşüb və ona bu şəraiti yaradan hər kəsə – çalışdığı teatrın rəhbərliyi başda olmaqla, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına, şəxsən Elmira Axundovaya və beynəlxalq festivalın təşkilatçılarına minnətdarlığını bildirib.
“Dünyanı cənginə alan pandemiya səbəbindən böyük səhnələrdən uzaq düşməyim, sevimli peşəmlə məşğul ola bilməməyim digər həmkarlarım kimi məni də çox məyus edirdi. Səhnə üçün çox darıxmışdım. Yenidən o mühitə qayıtmaq sanki mənə dünyaları bəxş etdi. Əslində, uzun müddət teatrsız, səhnəsiz qalan bir aktrisa üçün birdən-birə geniş auditoriyalarda tamaşaçıların qarşısına çıxmağın özü də böyük risk və məsuliyyət idi. Lakin hər şey gözlədiyimdən də yaxşı alındı. Hətta festivala gedərkən yollardakı bütün maneələr, təyyarədən-təyyarəyə keçidlər, yuxusuz gecələr, həmin ərəfələrdə orada etdiyim gərgin məşqlərin yorğunluğu – hamısı tamaşaçıların alqış sədaları altında bir göz qırpımında yoxa çıxdı...
Arzum budur ki, tezliklə ölkəmizdə də belə möhtəşəm beynəlxalq teatr və musiqi festivalları keçirilsin və biz də yenə öz işimizin, sənətimizin əvvəlki axarına qayıdaq", - deyə N. Kerimova bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ