Sizin reklam burada
Sizin reklam burada

Sağlamlıq imkanları məhdud 30 uşaq sosial xidmət müəssisələrindən ailələrinə geri qayıdıb - FOTO

Sağlamlıq imkanları məhdud 30 uşaq sosial xidmət müəssisələrindən ailələrinə geri qayıdıb - FOTO


Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçən il və cari ilin ötən dövründə bu müəssisələrdən 30 uşaq ailələrinə geri qayıdıb.

Sosial Xidmətlər Agentliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı (Şağan qəsəbəsi) və 2 saylı (Saray qəsəbəsi) sosial xidmət müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrdə 5-18 yaşlarında 278 uşaq daimi dövlət himayəsində yaşamaqla, onlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Müəssisələrə qəbul edilmiş uşaqlar yaş, cins, xəstəlik diaqnozlarına uyğun qruplaşdırılır. Fərdi xüsusiyyətləri nəzərə alınaraq sosial xidmətin təşkil edilməsi üçün hər bir uşağın kompleks qiymətləndirilməsi aparılaraq fərdi iş planı tərtib olunur. Aktiv terapiya, oyun terapiyası, ünsiyyət terapiyası, rəqs terapiyası, mətbəx terapiyası, market terapiyası, “İnkişaf mərkəzi” və “kukla teatrı” otaqları uşaqların vaxtlarının səmərəli keçirilməsinə, həmçinin müxtəlif intellektual oyunlar, müxtəlif nağılları səhnələşdirməklə uşaqlarda zehni inkişaf etdirilməsinə kömək edir.

Media nümayəndələri bu müəssisələrdə uşaqların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnmələri, fitri istedad və bacarıqlarının üzə çıxarılması üçün yaradılmış dərnəklərlə də tanış ediliblər. Bu dərnəklərdə uşaqlar müxtəlif əl işləri (rəsm, ağacdan oyma, muncuqla tikmə və s.) hazırlayır, musiqi alətlərində ifa etməklə, rəqslə, mahnı oxumaqla, habelə idman zallarında yüngül atletika, tennis, boccia, futbolla məşğul olurlar. Hər iki sosial xidmət müəssisəsinin sakinlərinin respublika və beynəlxalq səviyyəli idman yarışlarında iştirakı da təmin edilir və onlar bu yarışlarda medallar qazanırlar.

Ötən il bu müəssisələrdən 22 nəfər, bu ilin 6 ayı ərzində isə 8 uşaq öz ailələrinə geri qayıdıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ