Sizin reklam burada
Sizin reklam burada

Şəmkirdə yol təmiri zamanı şirkət əməkdaşı xəsarət aldı

Şəmkirdə yol təmiri zamanı şirkət əməkdaşı xəsarət aldı


İyunun 20-də saat 9 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan verilən məlumata görə, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti alıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ