Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan: “Şuşa Bəyannaməsi gələcək əməkdaşlığımızın qarantıdır”

Ərdoğan: “Şuşa Bəyannaməsi gələcək əməkdaşlığımızın qarantıdır”



“Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə erməni işğalından azad edilən və Azərbaycanın mədəniyyət paytaxtı adlandırılan Şuşa şəhərinə səfər etdik. Səfəri bölgə ölkələri üçün sülh, sabitlik və firavanlıq fürsəti olaraq qiymətləndirdik və gələcək əməkdaşlığımızın qarantı olan Şuşa Bəyannaməsini imzaladıq”.

Türkiyənin “Hurriyet” nəşri xəbər verir ki, bu sözləri Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti əlavə edib ki, iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ