Sizin reklam burada
Sizin reklam burada

Türkiyə Prezidenti: “Liviyadakı enerji layihələrimizi Azərbaycanla birlikdə həyata keçirə bilərik”

Türkiyə Prezidenti: “Liviyadakı enerji layihələrimizi Azərbaycanla birlikdə həyata keçirə bilərik”


“Hal hazırda TANAP və TAP layihələrinin həyata keçirilməsində Azərbaycanla əməkdaşlığımız mövcuddur”.

“Hurriyet” nəşri məlumat verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda jurnalistlərə verdiyi açıqlamada söyləyib.

R.T.Ərdoğan bildirib ki, iki ölkənin enerji layihələrində iştirakı daha da geniş müstəviyə qədəm qoya bilər.

“TAP və TANAP-da birlikdə olduğumuz kimi əziz dostum İlham Əliyevlə Liviyada da belə bir addım ata bilərik. Onlar enerji layihələrinin icra edilməsində bilik və təcrübəyə malikdirlər. Mən ona (Azərbaycan Prezidenti İlham Əliyevi nəzərdə tutur – red) bu təklifi etdim. Onlar bu fəaliyyətdən məmnun ola biləcəklərini və belə bir addımı ata biləcəklərini söylədilər”, - deyə R.T.Ərdoğan qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ