Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfəri çərçivəsində Bakıda Ağdam rayonundakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən türkiyəli hərbçilərlə görüşüb.
Bu barədə Türkiyə Prezident Administrasiyası özünün “Twitter” səhifəsində məlumat paylaşıb.
“Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan missiyası qrupunda yer alan hərbçilərlə görüşüb”, - deyə məlumatda bildirlib.
Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yanvarın 30-dan etibarən fəaliyyətə başlayıb.