Sizin reklam burada
Sizin reklam burada

Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib

Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib
Kənd təsərrüfatı naziri İnam Kərimov FAO-nun 42-ci sessiyasında çıxış edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 42-ci sessiyası davam edir. Hər iki ildən bir keçirilən beynəlxalq tədbir bu il ilk dəfə olaraq onlayn formatda baş tutub. FAO-nun 42-ci sessiyasının açılış mərasiminə dünyanın müxtəlif ölkələrindən 119 nazir və nazir müavini olmaqla rekord sayda - 1300 nəfərdən çox iştirakçı qatılıb.
“Qida və kənd təsərrüfatının mövcud vəziyyəti: kənd təsərrüfatı sisteminin qida sisteminə çevrilməsi: Strategiyadan fəaliyyətə” adı altında keçirilən iclas İtaliya Prezidenti Sergio Mattarella və Roma Papası Fransiskin tədbir iştirakçılarına müraciəti ilə başlayıb. Müraciətlərdə COVID-19 pandemiyasının aqrar istehsal sistemlərinə təsirinə toxunulub, ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı inkişafın təmin edilməsinin vacibliyi vurğulanıb. Açılış nitqində FAO-nun Baş Direktoru Qu Donqyu COVID-19 pandemiyasının bütün dünya üzrə ərzaq təhlükəsizliyi və qidalanma səviyyəsinə mənfi təsirlərini azaltmaq, qarşıda duran hədəflərə çatmaq üçün kompleks fəaliyyətin zəruri olduğunu qeyd edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. Azərbaycan höküməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb. 2020-ci ildə Azərbaycanda aqrar sahədə 2 faiz artım qeydə alınıb.
Diqqətə çatdırılıb ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən ağıllı kənd konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.
Konfransda iqlim dəyişikliyi, ətraf mühti qorunmaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması əsas müzakirə mövzularından olub. Tədbir iştirakçıları kənd təsərrüfatında elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ