Türkiyənin Müdafiə Nazirliyi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə bağlı paylaşım edib.
Nazirlik özünün “Twitter” səhifəsindən Azərbaycan Ordusunu salamlayıb.
“Prezidentimiz hörmətli cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti hörmətli cənab İlham Əliyevin tarixi bir səfər gerçəkləşdirdikləri gözəl Şuşanı “Tək Vətən hərəkatı” ilə işğaldan qurtaran qəhrəman Azərbaycan Ordusunu və qəhrəman Azərbaycan türkü qardaşlarımızı salamlayırıq”, - deyə paylaşımda qeyd olunub.